Bakı və İslamabad arasında əlaqələr bütün sahələrdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov və Pakistan Respublikası baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
“Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə uğurla inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”, - deyə Azərbaycan XİN başçısının məktubunda qeyd olunur.
Onun sözlərinə görə, beynəlxalq və regional arenada qarşılıqlı dəstək ölkələr arasında əlaqələrin əhəmiyyətli inkişafına təkan verib.
XİN başçısı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın Azərbaycan və Pakistan xalqlarının firavanlığına, eyni zamanda regional sülh, təhlükəsizlik və davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə dair Pakistanın prinsipal mövqeyinə, həmçinin bununla bağlı Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə görə təşəkkürünü bildirib.
S.Əziz isə Pakistanın siyasi, iqtisadi, enerji və müdafiə sahələrində Azərbaycanla əməkdaşlığın daha da genişlənirilməsində maraqlı olduğunu ifadə edib.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət