Bakının İsrail ilə yaxşı əlaqələri var, lakin Fələstin-İsrail münaqişəsi məsələsində əraziləri işğal olunan Fələstini dəstəkləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bəyan edib.
“Azərbaycanın İsraillə yaxşı əlaqələri var. Ancaq bu bizə Fələstin Dövlətini dəstəkləməyə mane olmur, çünki onun əraziləri işöal edilib. İkili standartlardan kənara çəkilərək və dövlətin işğalını qəbul etməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmaq lazımdır”, - deyə Ş.Abdulayev cümə axşamı Bakıda Şərqi Qüdsün işğalının 50 illiyinə həsr olunan "Qüds və beynəlxalq ictimaiyyət: Siyasi və iqtisadi dəstəyin göstərilməsi" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, məhz bu cür yanaşma münaqişənin həllində nəticə əldə etməyə imkan yaradacaq.
“İsraillə iqtisadi, humanitar, mədəni və hərbi əlaqələrimiz Fələstini siyasi dəstəyimizə mane olmur. Onun ərazisi işğal olunub, biz bu münaqişənin həllində bacardığımız qədər yardım etməyə çalışırıq. Əlbəttə ki, tərəflərin heç birınə təzyiq göstərə bilmərik, lakin hər zaman öz mövqeyimizi bildiririk”, - o qeyd edib.
Ş.Abdullayev əlavə edib ki, Azərbaycan özü işğaldan əziyyət çəkir, bu da həmin məsələyə dair öz mövqeyini bildirməyə vadar edir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət