Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsini təsdiq edib. Bu barədə dövlət başçısınn saytında məlumat verilir. Öncə “İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin strukturuna daxil olub.
Prezident İdarənin fəaliyyətinin məqsədi və istiqamətlərinə dair fərman imzalayıb. İdarənin nizamnamə fondu 1mln. manat həcmində müəyyən edilib və dövlət büdcəsindən ayrılan vəsaitlərdən formalaşır.
Fərmana əsasən, ölkə prezidenti İdarənin Nizamnaməsinin təsdiqi, Nizamnamə fondunun müəyyənm edilməsi, İdarə heyətinin sədrinin vəzifəyə təyin edilməsi və azad olunması, İdarənin ləğvini və yenidən təşkili səlahiyyətlərinə malikdir.
Nazirlər Kabineti İdarə Heyətinin digər iki üzvünü vəzifəyə təyin və vəzifədən azad etmək (prezident ilə razılıq əsasında), strukturun və İdarənin illik maliyyə hesabatlarının təsdiqi, İdarə tərəfindən təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak, filial, nümayəndəlik, şöbələrin yaradılmasına icazələrin, iri əqdlərin bağlanmasına icazənin verilməsi səlahiyyətinə malikdir.
İdarə özünün inkişaf istiqamətini müstəqil şəkildə müəyyən edə bilər.
Dövlət başçısı Nazirlər Kabinetinə bir ay müddətində İdarənin müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və qurumlarının strukturunu, ştat cədvəlini təsdiq edərək, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan əmlakı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təhvil verməyi tapşırıb. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət