2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana 512,2 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 35% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $96 mln. 220,8 min (azalma 34,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $99 mln. 112,3 min dəyərində (artım 28,4%) 212,2 min ton şəkər xammalı və şəkər (artım 15,7%), $55 mln. 441,2 min dəyərində (azalma 20,4%) 60 min 590,8 ton bitki yağı (azalma 24,4%), $27 mln. 217,7 min dəyərində (artım 17,7%) 7 min 52,4 ton çay (artım 3,6%), $40 mln. 363,9 min dəyərində (artım 28,8%) 9 min 209,3 ton kərə yağı və süd (artım 1,8%) idxal edilib.
7 ay ərzində respublikaya $16 mln. 146,7 min dəyərində (artım 2,4 dəfə) 5 min 853 ton iri buynuzlu heyvan əti, $20 mln. 75,7 min dəyərində (artım 2,3 dəfə) 17 min 332 ton toyuq əti və ondan məmulatlar idxal olunub.
Yanvar-iyul ayalrında respublikaya $40 mln. 623,2 min dəyərində 45 min 738,9 ton meyvə (artım 9,6%), $10 mln. 140,9 min dəyərində (azalma 32,1%) 21 min 540,8 ton tərəvəz (azalma 46,2%), $22 mln. 467,9 min dəyərində (artım 8,8%) 104,8 min ton kartof (azalma 5,3%) idxal edilib.
Hesabat dövründə ölkədən $144 mln. 157,4 min dəyərində (artım 67,5%) 169,1 min ton tərəvəz (artım 78,5%), $83 mln. 73,9 min dəyərində (artım 9,2%) 60 min 238,1 ton meyvə (artım 38,5%), $30 mln. 48,8 min dəyərində (azalma 13,3%) 46 min 54,8 ton şəkər (azalma 24,4%), $5 mln. 833 min dəyərində (artım 6,3%) 5 min 370,5 ton bitki yağı (artım 1,6%) ixrac edilib.
Həmçinin yanvar-iyul aylarında $5 mln. 621,8 min dəyərində (artım 91,3%) 5 min 346,3 ton meyvə və tərəvəz şirəsi (artım 94,4%), $3 mln. 202,9 min dəyərində (artım 51,6%) 182,5 min dekalitr üzüm şərabı və üzüm şirəsi şirəsi (artım 62,1%) ,$2 mln. 199,1 min dəyərində (artım 3,1%) 2 min 742,2 min ton meyvə və tərəvəz konservi (azalma 11,1%) ixrac edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət