Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
Nazirlyinin məlumatına görə, Ş.Mustafayev Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskasla görüşüb.
“Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir”, - Ş.Mustafayev bildirib.
Bundan əlavə, nazir qeyd edib ki, Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Avropa İttifaqı ölkələrinın payı son 10 ildə 46%, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1,3 mindən çox şirkəti fəaliyyət göstərir.
Nazir həmçinin qeyd edib ki, tərəflər Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirirlər.
“İndiyədək Aİ tərəfindən Azərbaycana 582 mln. avro məbləğində texniki yardım göstərilib”, - Ş.Mustafayev vurğulayıb.
Nazir vurğulayıb ki, Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir, bu istiqamətdə “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti, Azərbaycanın böyük tranzit potensialından istifadə imkanlarını diqqətə çatdırıb.
Öz növbəsində, K.Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Qeyd edib ki, yeni Avropa İttifaqı-Azərbaycan Sazişi üzərində intensiv iş aparılır.
“Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Qeyri-neft sektoru ölkəmiz üçün prioritet təşkil edir. Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turist cəlb oluna bilər”, - nazirlik K.Yankauskasın sözlərindən sitat gətirir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət