Bakı-Ankara hərbi əməkdaşlığı bölgədə sülhün və sabitliyin, davamlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır. Bunu Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Hulusi Akar oktyabrın 18-də Tbilisidə keçirilən görüşdə vurğulayıblar.
“Müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığını qeyd ediblər”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi qeyd olunan görüşdə terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.
Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin rolunun əhəmiyyətli olduğu bildirilib, ikitərəfli hərbi əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
“Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət