Cari ilin sonuna qədər Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilə bilər. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Çərşənbə axşamı energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev ilə görüş zamanı Bakı və Astana arasında əməkdaşlığln genişləndirilməsi məsələləri müzakirə olunacaq.
“Nazir iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi və bunun üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının ilin sonuna qədər keçirilməsi məqsədəuyğun sayılıb”, - məlumatda deyilir.
Həmçinin, görüşdə ötən müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi-ticari əməkdaşlığın genişləndirməsi məqsədilə konkret sahələr və istiqamətlər üzrə hazırlanan “yol xəritəsi” ilə bağlı müzakirələr aparılıb. Yeni təkliflər əsasında sənədin bir daha nəzərdən keçirilməsi və ilin sonuna kimi Hökumətlərarası Komissiyanın iclasının təşkilinin vacibliyi qeyd olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət