Azərbaycan və Türkiyə beş il ərzində qarşılıqlı investisiyaların həcmini $30 mlrd.-a çatdıra bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var. Xarici investisiyaların təşviq edilməsi, böyük türk şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik”, - R.Ərdoğan Azərbaycan mətbuatına müsahibəsində bildirib.
Bundan əlavə, o qeyd edib ki, qarşıdakı günlərdə “Road Show” tədbirinin keçirilməsi üçün İqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir.
“Naxçıvanla ticarət əlaqələrimizin canlandırılması, iş adamlarımızın həvəsləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirdik. Oktyabrın 28-də iqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram”, - Türkiyə lideri qeyd edib.
R.Ərdoğan vurğulayıb ki, Bakı-TbilisiQars dəmir yolunun istifadəyə başlaması ilə yuüklər Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Avropa İttifaqı (Aİ) ölkələrinə çatacaq. Çin tərəfindən Aİ-yə göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq. “Hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10%-i daşınsa, 24 mln. ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab ediləcək”, - R.Ərdoğan hesab edir.
O bildirib ki, iqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə bərabər, məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək.
Xəbər verildiyi kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi baş tutacaq. Mərasimdə Azərbaycan, Türkiyə, Qazaxıstan prezidentləri, Gürcüstan və Özbəkistanın baş nazirləri iştirak edəcəklər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət