Türkiyə və Azərbaycanticarət dövriyyəsinin həcmini qısa müddətdə 5 milyard dollara çatdırmağı planlaşdırır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
“Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollarlıq. Neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar bir qədər çətinlik oldu, ancaq indi yenidən vəziyyət düzəldi. Əminəm, bunu qısa müddətdə 5 milyard dollara çatdıra bilərik”, - R.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, Türkiyə Naxçıvan Muxtar Respublikası ilə ticarət əlaqələrini fəal inkişaf etdirmək niyyətindədir. “Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün addım atacağıq”, - R.Ərdoğan vurğulayıb.
Prezident əlavə edib ki, Türkiyə iki ölkə arasında turizmi inkişaf etdirmək, mədəni, həmçinin universitetlər arasındakı əlaqələri genişləndirmək niyyətindədir.
“Bundan əlavə, qarşıda Azərbaycanın EXPO məsələsi var. Türkiyə təbii ki, bu məsələdə də bütün imkanları, bütün gücü ilə Azərbaycanı dəstəkləyəcək. EXPO-nun burada hazırlanmasında və keçirilməsində bütün təcrübəmizi bölüşməyə çalışacağıq”, - R.Ərdoğan bəyan edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət