2017-ci ilin yanvar-sentyabr aylarında əhalinin xarici valyutada bank əmanətləri 15% - 5 mlrd. 40,4 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 71,8%-i səviyyəsində azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.
Bütövlükdə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində əhalinin bank əmanətləri 5,7% – 7 mlrd. 22,2 mln. manatadək azalıb.
AMB-nin məlumatına görə, yanvar-sentyabr aylarında milli valyutada əhalinin əmanətlərinin həcmi 30,6% - 1 mlrd. 981,8 mln. manat və ya bütün əmanətlərin 28,2%-i səviyyəsində artıb.
1 oktyabr 2017-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 239,1 mln. manat, qeyri-rezidentlərin - 783,1 mln. manat təşkil edib. Yanvar-sentyabr ayları ərzində rezidentlərin əmanətləri 3,8%, qeyri-rezidentlərin əmanətləri 19% azalıb.
2017-cı il sentyabrın 30-na Azərbaycan banklarında əmanət və depozitlərin ümumi həcmi 19 mlrd. 484,2 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 11,8% azdır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət