Bakı, Ankara və İslamabad müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın fəal inkişafına hazır olduqlarını bəyan edirlər. Bu barədə Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekunlarına dair qəbul edilən Bakı Bəyannaməsində deyilir.
“Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Xavaca Məhəmməd Asif müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın fəal inkişafına hazır olduqlarını bəyan ediblər”, - Azərbaycan XİN-in yaydığı sənəddə deyilir.
Nazirlər vurğulayıblar ki, müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, çirkli pulların yuyulması, kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqdirlər.
Tərəflər insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsinə hazır olduqlarını bildiriblər.
“Həmçinin regional və qlobal məsələlər ətrafında üç dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə hazırıq”, - Bəyannamədə vurğulanır. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət