Azərbaycanın hüquq-mühafizə orqanları 20 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədən avtobus sürücüsünü saxlayıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə rəsmi məlumatında deyilir.
“Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da ağır yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış avtobus sürücüsü Kamran Ağayev tutularaq istintaqa cəlb edilib”, - məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, sərnişin avtobusu idarəetməni itirərək dərəyə aşıb.
“Hadisə nəticəsində avtobusda olan 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtobusun sürücüsü hadisə yerindən qaçıb”, - məlumatda bildirilir .
Baş Prokurorluq qeyd edir ki, hadisənin Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan K.Ağayev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
“Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxslərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda deyilir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət