Azərbaycan son 10 ildə Qazaxıstan iqtisadiyyatına $168 mln. məbləğində investisiya qoyub, Qazaxıstan tərəfindən Azərbaycana investisiya qoyuluşları isə təxminən $20 mln. təşkil edib. Bu barədə Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov məlumat verib.
Qazaxıstan mətbuatının yaydığı məlumata görə, ölkə parlamenti bu gün “Azərbaycan Respublikası HökumətivəQazaxıstan Respublikası Hökuməti arasında gəlirlərəvə əmlaka görəvergilərə münasibətdəikiqat vergitutmanın aradan qaldırılmasıvə vergidənyayınmanın qarşısının alınması haqqında 16 sentyabr 1996-cı il tarixli Konvensiyaya əlavə və dəyişikliklərinin edilməsinə dair hökumətlərarası protokolun ratifikasiya edilməsi barədə” qanun layihəsini təqdir edib.
B.Sultanov iclasda qeyd edib ki, sənəd iki dövlətin vergi xidmətləri arasında əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək.
«Bu protokol, ilk növbədə məlumat mübadiləsinin genişləndirilməsi yolu ilə hər iki dövlətin vergi xidmətləri arasında əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək. İkincisi, vergidən yayınma və konvensiyanın müddəalarından sui-istifadə halları aşkarlandıqda, daxili qanunvericilik tətbiq olunacaq», - deyə o bildirib.
Nazirin sözlərinə görə, son 10 il ərzində Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $2,8 mlrd. təşkil edib. "Qazaxıstan əsasən buğda, xam neft məhsulları ixrac edir, idxalın strukturunda şəkər və fındıq üstünlük təşkil edir”, - deyə o vurğulayıb.
B.Sultanov əlavə edib ki, Azərbaycan son 10 il ərzində Qazaxıstan iqtisadiyyatına $168 mln. məbləğində investisiya qoyub, Qazaxıstan tərəfindən Azərbaycana investisiya qoyuluşları isə təxminən $20 mln. təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət