Rusiya prezidenti Vladimir Putin Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını Azərbaycan-Rusiya əməkdaşlığının perspektiv istiqamətlərindən biri hesab edir.
“Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək”, - deyə o, sentyabrın 1-də prezident İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.
Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir.
“Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”, - deyə V.Putin qeyd edib.
O, həmçinin deyib ki, görüşdə regionlararası əməkdaşlıq mövzusu da müzakirə olunub. Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb.
“Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək. Bayaq müzakirə etdik ki, bu tədbir Gəncədə planlaşdırılmışdı, amma ola bilər dostlarımız bunu Bakıda təşkil etsinlər”, - deyə Rusiya prezidenti əlavə edib.
Prezident İ.Əliyev qeyd edib ki, V.Putinlə ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımları ətraflı müzakirə ediblər.
Şimal-Cənub layihəsinə toxunan İ.Əliyev bildirib ki, Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. “Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”, - deyə o vurğulayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət