Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıya qısa işgüzar səfərə gəlib. V.Putin Bakıda Regionlararası Forumda çıxış edəcək və Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Birinci Rusiya-Azərbaycan Regionlararası Forum 2010-cu ildə keçirilib və artıq həır il təşkil olunur. “Prezidentlər 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumda iştirak edəcəklər. İlk dəfə onların Forumda çıxışı olacaq, bu da regional səviyyədə əməkdaşlığın əhəmiyyətinin artmasını vurğulayır”, - öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
Bakıda keçiriləcək Forumda Rusiyanın 10 regionundan nümayəndə heyətləri, 200-dən artıq biznes-strukturun nümayəndələri iştirak edirlər. “Forum çərçivəsində 20-dən artıq sənəd və müqavilə imzalanmağa hazırlanır”, - Y.Uşakov bildirib.
V.Putin və İ.Əliyev ikitərəfli görüş zamanı sentyabrın 1-də razılıq əldə olunan razılıqların nəticələrini müzakirə edəcəklər. Liderlər sentyabrın 1-də Soçidə görüşüblər.
Səfər zamanı Rusiya prezidenti Cüdo üzrə Dünya çempionatının final yarışlarını seyr edəcək. “Sentyabrın 27-də Cüdo üzrə 32-ci Dünya Çempionatın son mərhələsi keçiriləcək. Prezidentimiz ötən ilin avqust ayında Budapeştdə keçirilən çemionatı seyr edib. Bu il də final yarışlarını izləyəcək”, - Y.Uşakov vurğulayıb.
Cüdo üzrə Dünya çempionatında Rusiyanı 15 kişi və 15 qadın olmaqla 30 atlet təmsil edir.
Bakıda proqram başa çatdıqdan sonra prezident Düşənbəyə səfərə yola düşəcək. Burada MDB ölkələrinin liderlərinin iştirakı ilə qeyri-rəsmi nahar, 28 sentyabr tarixində MDB Dövlət Başçılarının Sammiti keçiriləcək. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət