2019-cu ildə Xalq Təssərufatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan pavilyonunun açılışı olacaq. Bunu Azərbaycan prezidenti Ilham Əliyev deyib.
“Gələn il Xalq Təssərufatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışı gələcəkdə əməkdaşıq işində mühüm addım olacaq. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub. Biz onu bərpa edirik, bu cür mühüm hesab etdiyim sərgi meydançasında nailiyyətlərimizi nümayiş etdirdəcəyik”, - İ.Əliyev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışında bildrib.
O qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin forumun işində iştirakı - “Forumun fəaliyyətinə verdiyimiz önəmdən” xəbər verir.
Dövlət başçısı çıxışında Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq, gələcəkdə münasibətlərin fəal inkişafına yönəldirklərini bildirib. “Turizm sahəsində Rusiya vətəndaşlarının Azərbacana səfərlərinin mühüm dərəcədə artdığının şahidi oluruq. Təxminən 9 ay ərzində 700 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Əminəm ki, gələcəkdə bu rəqəm artacaq”, - İ.Əliyev əlavə edib.
İ.Əliyev bank sahəsində əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. “Azərbaycanda Rusiyanın “VTB” kimi iri bankı fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycan bu bankın ən iri xarici səhmdarıdır. Həmçinin “Qazprombank” bu yaxınlarda dəyəri $400 mln.-dan çox olan Azərbaycanın ən iri layihəsini maliyyələşdirib. Bütün bunlar əməkdaşlığımızın vacib elementləridir”, - o qeyd edib.
İ.Əliyev bəyan edib ki, avtomobil istehsalı nisbətən yeni əməkdaşlıq sahəsidir. “Artıq Azərbaycanda “KamAZ”, “Ural” avtomobilləri istehsal olunur. Həmçinin ölkəmizdə “QAZ” avtomobillərinin istehsalına dair razılıq əldə edilib. Bütün istiqamətlər üzrə effektiv dinamika görürük və bütün bunlar münasibətlərimizin ruh və xarakterini müəyyən edir. Əlbəttə ki, münasibətlərimizin təməlini tarixi, mədəni əlaqələr, xalqlarımız arasında yaxınlıq təşkil edir. Biz humanitar əlaqələrin üzərində fəal işləyirik”, - dövlət başçısı əlavə edib.
İ.Əliyev vurğulaylb ki, oktyabrda Bakıda Rusiya və Azərbaycan prezidentlərinin hamiliyi ilə növbəti Bakı Humanitar Forumu keçiriləcək. “Bu beynəlxalq forum artıq humanitar xarakterli məsələlərin müzakirəsi, mədəniyyətlərarası dialoq, konfessiyalararası münasibətlər üçün vacib qlobal meydançaya çevrilib. Azərbaycanda tədrisin rus dilində olduğu 341 məktəb, Rusiyanın aparıcı ali məktəblərinin iki filialı fəaliyyət göstərir. Mədəniyyət sahəsində də fəal əlaqələr var. Yəni, Rusiya-Azərbaycan münasibətləri barədə çox danışmaq olar”, o qeyd edib.
Azərbaycan prezidenti əlavə edib ki, Rusiya regionları ilə sıx əməkdaşlıq qurulub. “Rusiya Federasiyasının təxminən 20 subyekti Azərbaycanla müvafiq saziş bağlayıb. Biz Rusiyanın regionlarında ticarət nümayəndəklikləri açırıq, Rusiya da Azərbaycanın regionlarında ticarət nümayəndəklikləri açır. Yəni, mən əminəm ki, regionlararası əməkdaşlıq ökələrimizi birləşdirən dostluq, mehriban qonşuluq mühüsibətlərini kompleks şəklində təbii olaraq tamamlayacaq”, - İ.Əliyev deyib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət