2019-cu il ərzində Dövlət Neft Fondunun (ARDNF) aktivləri neftin qiyməti 1 barrel üçün 60 dollar səviyyəsində olacağı şərti ilə $2,5 mlrd. arta bilər. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Neftin orta qiyməti 1 barrel üçün 60 dollar olacağı halda büdcə öhdəlikləri icra olunandan və özünün xərcləri çıxılandan sonra 2019-cu ilin sonuna Fondun aktivləri 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə $2,5 mlrd. qədər arta bilər. Neftin qiyməti 1 barrel üçün 45 dollar civarında olacağı halda isə, Fondun aktivlərinin həcmi dəyişməyəcək”, - S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.
Nazir qeyd edib ki, neftin qiymətinin dəyişməsi yalnız ARDNF-nin gəlirlərinə əsaslanan ümumi büdcənin parametrlərinə təsir edə bilər.
“2019-cu il dövlət büdcəsinin parametrlərinə gəlincə isə, neftin qiymətinin ucuzlaşması yalnız SOCAR və ABƏŞ şirkətləri tərəfindən gəlir vergisi üzrə daxilolmalarında öz əksini tapa bilər”, - S.Şərifov əlavə edib.
Xəbər verildiyi kimi, 2019-cu il dövlət büdcəsində neftin qiyməti 1 barrel üçün 60 dollardan (2018-ci il dövlət büdcəsində $55,1) hesablanıb.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
Ə.Məmmdəov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət