31 dekabr 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 502,4 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci il ərzində bankların aktivləri 5,7% artıb.
Hesabat ilinin sonuna bankların kredit portfeli 12 mlrd. 628,3 mln. manat (artım 11,4% - İF) təşkil edir.
2018-ci il dekabr ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 71,8 mln. manat (artım 9,8%) təşkil edir.
2019-cu ilin əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 430,6 mln. manata (artım 5,03%), Mərkəzi Bank qarşısında öhdəlikləri 384,7 mln. manata (azalma 24,2%) bərabərdir.
2018-ci ildə Azərbaycanda bankların ümumi xalis mənfəəti 279,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 68,4% azdır.
2018-ci ildə bankların faiz gəlirləri 1 mlrd. 753 mln. manat (2017-ci illə müqayisədə azalma 1,3% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 mlrd. 224,5 mln. manat (azalma 4,5%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 549,1 mln. manat (azalma 41,5%) məbləğində olub.
2018-ci il ərzində bankların faiz xərcləri 581,9 mln. manat (azalma 29,5%), o cümlədən depozitlər üzrə 377,8 mln. manat (artım 1,2%), qeyri-faiz xərcləri 1 mlrd. 25,6 mln. manat (artım 4,6%) təşkil edib.
2018-ci ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 694,6 mln. manat (azalma 23,5%), mənfəət vergisi üzrə ödənişlər 72,3 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 345,4 mln. manat yönəldib.
31 dekabr 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
2018-ci il dekabr ayının sonuna bankların 508 filialı və 130 şöbəsi var.
Azərbaycanın bank sektorunda 17 min 452 nəfər (2018-ci il ərzində artım 7,9%) çalışır.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət