Azərbaycan Avropa İttifaqı üçün nəqliyyat mərkəzinə çevrilə bilər. Bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib.
“Energetikadan başqa Azərbaycan çox mühüm geosiyasi rol oynayır və ölkənin coğrafi mövqeyi nəinki beynəlxalq enerji, həm də vacib nəqliyyat qovşağı kimi fəaliyyət göstərməyə imkan yaradır”, - G.Ottinger çərşənbə günü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dəmir yolları və dəniz nəqliyyatının inkişafına vəsait yatırır. “Bununla ölkə Aİ üçün Mərkəzi Asiya ölkələri və Çinə çıxış məqsədilə mühüm yol açır”, - G.Ottinger qeyd edib.
O, həmçinin bəyan edib ki, Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlara yanaşma “CQD” layihəsinə yanaşmaya analoji olaraq əməkdaşlıq və qarşılıqlı etimad ruhunda olmalıdır.
“Əminəm ki, hər iki tərəfin qazanc əldə edəcəyi zəruri güzəştlər tapacağıq”, - G.Ottinger vurğulayıb.
“Energetika üzrə (nəqliyyat üzrə - İF) dünənki danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu duymağa şadam. Bu, digər sahələr üzrə də danışıqları başa çatdırmağa imkan yaradacaq. Xüsusilə, 2019-cu ilin sonunadək ticarət münasibətləri üzrə danışıqları başa çatdırmağa”, - G.Ottinger bildirib.
O, həmçinin qeyd edib ki, ASK məhsullarının emalı, su ehtiyatlarının idarə olunması, avtomobil yolları, dəniz və dəmir yolları dəhlizləri, həmçinin rəqəmsal infrastruktura sərmayələrin yatırılması ilə Azərbaycan iqtisadiyyatının gələcəkdə şaxələndirilməsi üçün böyük imkanlar mövcuddur.
“O cümlədən, Aİ iqtisadiyyatın şaxələndirilməsi üzrə Azərbayanın planlarını dəstəkləyir”, - komissar bəyan edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət