“AccessBank” 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
"Biz 2019-cu ilin ikinci yarısında əməliyyat mənfəəti əldə etməyi planlaşdırırıq, ümumi mənfəətlilik isə 2020-ci ildə gözlənilir", - deyə A.Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması məcmu kapitalın artmasına gətirib çıxaracaq. "Nizamnamə kapitalı artırıldıqdan sonra əlavə ehtiyatlar yaratmağı planlaşdırırıq. Bu addımların nəticəsində bankın məcmu kapitalının minimum tələbi ötərək təxminən 70 mln. manat təşkil edəcəyinə əminik”, - deyə sədr qeyd edib.
“AccessBank” 2015-ci ildə manatın devalvasiyasına qədər ən mənfəətli banklardan biri olub. Lakin bank 2016-2018-ci illəri zərərlə başa vurub. Xüsusilə 2018-ci ildə bankın milli maliyyə hesabatı standartları üzrə zərəri 11,579 mln. manat təşkil edib.
“AccessBank" Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət