28 fevral 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 950,8 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar-fevral ayları ərzində bankların aktivləri 1,5% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 12 mlrd. 629,9 mln. manat (azalma 0,01% - İF) təşkil edir.
2019-cu il fevral ayının 28-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 242,8 mln. manat (artım 4,2%) təşkil edir.
Martın əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 708 mln. manata (artım 1,1%), Mərkəzi Bank qarşısında öhdəlikləri 347,7 mln. manata (azalma 9,6%) bərabərdir.
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 49,2 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin anakloji dövrünün göstəricisindən 2,9 dəfə azdır.
2019-cu ilin yanvar-fevral aylarında bankların faiz gəlirləri 319,3 mln. manat (2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 11,3% - İF), o cümlədən verilmiş kreditlər üzrə 226,9 mln. manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 99,2 mln. manat (artım 40,3%) məbləğində olub.
Yanvar-fevarlda bankların faiz xərcləri 96,3 mln. manat (azalma 4,7%), o cümlədən depozitlər üzrə 61,4 mln. manat, qeyri-faiz xərcləri 164,2 mln. manat (artım 14,9%) təşkil edib.
Yanvar-fevral aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 113,7 mln. manat (dəyişməyib), mənfəət vergisi üzrə ödənişlər 11,2 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 55,4 mln. manat yönəldib.
28 fevral 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
Fevral ayının sonuna bankların 509 filialı və 130 şöbəsi var.
Azərbaycanın bank sektorunda 17 min 683 nəfər (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5%) çalışır.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət