“SOCAR Turkiye Enerji (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) tərəfindən nəzarət olunan STAR Neft Emalı Zavodu (NEZ) 2021-ci ilədək xam neft və neft məhsullarını saxlama gücünü 1,6 dəfə - sutkada 2,5 mln. kubmetrə qədər artırmağı planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə zavodun baş direktoru Mesut İlter məlumat verib.
"Hazırda STAR NEZ-in neft və neft məhsullarını saxlama gücü 1,6 mln. kubmetr təşkil edir və bu göstəricinin 2,5 mln. kubmetrə çatdırılması planlaşdırılır", - deyə M.İlter bildirib.
Onun sözlərinə görə, “SOCAR Turkiye Enerji” 2021-ci ilədək bu məqsədlərə əlavə vəsait yönəldəcək.
"Bu layihə çərçivəsində işlərin bir hissəsi cari ilin iyul ayında başa çatacaq, SOCAR tərəfindən əlavə investisiya qoyuluşları isə 2020-ci ilin sonunda tam yekunlaşacaq. Beləliklə, zavodun xam neft və aralıq neft məhsullarının saxlanılması üçün gücləri artırılacaq", - deyə M.İlter qeyd edib.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodda illik 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət