2019-cu ilin I rübündə Azərbaycanda tikinti materiallarının istehsal həcmi 121,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalında 21,6% - 704,7 min tonadək, hazır beton qarışığı istehsalında 7,8% - 283,5 min tonadək artım qeydə alınıb.
Bundan başqa, asfalt istehsalı 2,1 dəfə - 37,2 min tonadək, tikinti kərpici istehsalı 97,8% - 94,8 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 97,5% - 33,6 min tonadək, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 51,3% – 4,041 tonadək, tikinti gipsi istehsalı 47,7% - 10,1 min tonadək artıb.
Eyni zamanda, yanvar-martda tikinti əhəngi istehsalında 57,3% - 1,4 min tonadək, beton konstruksiya istehsalında 56,8% - 9,9 min kubmetrədək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət