Azərbaycan və Almaniya siyasi məsləhətləşmələrin növbəti mərhələsi zamanı Bakı ilə Berlin arasında əlaqələrin cari vəziyyəti təhlil edib.
Çərşənbə axşamı Bakıda Azərbaycan və Almaniya XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Məsləhətləşmələrdə Bakı xarici İşlər nazirinin müavini Xələf Xələfov, Berlin – Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mixael Zibert tərəfindən təmsil olunub.
“Həmsöhbətlər Azərbaycanla Almaniya arasında əlaqələrin cari vəziyyətini təhlil, əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Tərəflər Bakı ilə Berlin arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan və Azərbaycanda fəaliyyət göstərən Almaniya Ticarət-Sənaye Palatasının fəaliyyətindən məmnunluq ifadə ediblər”, - XİN-in mətbuat xidməti qeyd edir.
X.Xələfov və M.Zibert ikitərəfli iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğu qeyd ediblər.
Görüşdə tərəflər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıblar. “X.Xələfov Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və işğal olunmuş ərazilərimizdə separatçı rejimi tanımadığına dair mövqeyini yüksək dəyərləndirib və ATƏT-in Minsk qrupunun fəaliyyətinə göstərdiyi dəstək və səylərinə görə təşəkkürünü bildirib”, - məlumatda qeyd olunur. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət