Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və hər hansı digər iştirakçı sözügedən layihəyə yalnız bu üç ölkənin razılığı ilə qoşula bilər. Bunu Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadze deyib.
"Bu, bizim üçün strateji layihədir və üç ölkə arasında onun reallaşdırıldığı prinsipləri müəyyən edən saziş imzalanıb", - deyə o, bu gün jurnalistlərə Ankara görüşünü şərh edərkən bildirib. Qeyd edək ki, bu günlərdə Ankarada baş tutan görüşdə Rusiya, Türkiyə və Azərbaycan Dəmir Yollarının rəhbərləri "Rusiya Dəmir Yolları" ASC-nin BTQ layihəsinə qoşulması mümkünlüyü haqqında Memorandum imzalayıblar.
Gürcüstan baş nazirinin sözlərinə görə, layihə üzrə işlərin böyük hissəsi başa çatıb. Ankarada keçirilən görüşə və orada imzalanmış memoranduma gəlincə isə, bu görüş "fərqli rakurs"dan keçirilib.
"Görünür, bu görüş tamamilə fərqli rakursdan keçirilib, çünki üç ölkə (Azərbaycan, Gürcüstan və Türkiyə - İF) arasında imzalanmış sazişə uyğun olaraq, hər hansı digər oyunçu bu layihəyə yalnız üç ölkənin razılığı ilə qoşula bilər", - deyə o vurğulayıb.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət