Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə bankın məlumatında deyilir.
“Son aylarda neftin qiymətinin sabitləşməsi, inflyasiya səviyyəsinin aşağı olması və sabit makroiqtisadi vəziyyət uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsini şərtləndirib”, - deyə məlumatda bildirilir.
Faiz dəhlizinin aşağı həddi 6.5%, yuxarı həddi isə 10.5% səviyyəsində müəyyən edilib. Qərar iyunun 7-dən qüvvəyə minib.
“Cari makroiqtisadi şəraitdə uçot dərəcəsinin endirilməsi onunla izah olunur ki, real faiz dərəcələri pozitiv zonada qalır və bu, daxili və xarici inflyasiya risklərinin neytrallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcək”, - deyə məlumatda bildirilir.
Cari ildə AMB tərəfindən uçot dərəcəsi 4-cü dəfədir aşağı salınır. Fevralın 1-də uçot dərəcəsi 9,75%-dən 9,25%-ə, martın 15-də 9,25%-dən 9%-ə, aprelin 26-da isə 9%-dən 8,75%-ə endirilib.
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı məsələnin müzakirə olunacağı növbəti iclası 2019-cu il iyulun 26-da keçiriləcək.
2018-ci ildə uçot dərəcəsi ardıcıl olaraq (4 mərhələdə - İF) 15%-dən 9,75%-dək azaldılıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət