Rusiya-Azərbaycan strateji tərəfdaşlığın yüksələn xəttlə inkişafı bir çox halda yüksək və ən yüksək səviyyələrdə intensiv siyasi dialoq ilə təmin edilir. Bu barədə RF Xin-dən qeyd ediblər.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlığın yüksələn xəttlə inkişafı bir çox halda yüksək və ən yüksək səviyyələrdə intensiv siyasi dialoq ilə təmin edilir.2019-cu ilin noyabr ayına olan vəziyyətə görə, iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi sənəd imzalanıb”, - RF XİN-in Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2-3 dekabr tarixlərində Azərbaycana rəsmi səfəri ilə əlaqədar şərhində deyilir.
XİN qeyd edir ki, Lavrovun səfər proqramında Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
“Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirəsi planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, beynəlxalq və regional problemlərə dair ətraflı fikir mübadiləsi aparılacaq. Rusiya və Azərbaycan XİN-lər arasında 2020-ci il üçün məsləhətləşmələr Planının imzalanması planlaşdırılır”, - XİN-dən vurğulanıb.
“2018-ci il dekabrın 14-də Moskvada Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib. Komissiyanın 18-ci iclasının 2019-cu il 9 dekabr tarixində Bakıda keçirilməsi planlaşdırılır. Cari il 23-26 sentyabr tarixlərində Bakıda hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçirilib”, - şərhdə qeyd edilir.
Rusiya Azərbaycanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. 2018-ci ilin sentyabr ayında prezident Əliyevin Rusiyaya rəsmi səfəri zamanı yaxın illər ərzində Rusiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gələcək inkişafına yönələn çox sayda ikitərəfli sənədlər (16) paketi imzalanıb. Hazırda Rusiya və Azərbaycanın profilli nazirlikləri və idarələri tərəfindən beş “yol xəritəsi”nin daxil olduğu 2024-cü ilə qədər dövr üçün əməkdaşlığın əsas istiqamətləri üzrə Fəliyyət Planını reallaşdırır.
“Ticarət dövriyyəsinin davamlı artımını qeyd edirik: ötən ilin yekunları üzrə bu rəqəm 14% artaraq $2,5 milyarda çatıb. Rusiya məhsullarının ixracı 12.5% artaraq $1,7 milyard, Azərbaycan məhsullarının idxalı 17% artaraq $717,9 milyon təşkil edib. Rusiya məhsullarının ixracı 31,6% artaraq $1,6 milyard, Azərbaycan məhsullarının idxalı 13,9% artaraq $0,6 milyard təşkil edib”, - XİN-dən vurğulanır.
2018-ci ildə Azərbaycan iqtisadiyyatına Rusiyanın ümumi yatırımları $1,5 milyard təşkil edib. Azərbaycanda 700-dən çox birgə müəssisə, o cümlədən 100% Rusiya kapitalı ilə 200-ə yaxın birgə müəssisə fəaliyyət göstərir.
“Rusiyalıların Azərbaycana marağı artmaqda davam edir. Rusiya Azərbvaycana səfər edən turistlərin sayına görə birinci yerdə qərarlaşıb – 800 mindən çox nəfər. Ənənəvi olaraq yüksək səviyyədə mədəniyyət-humanitar sahədə qarşılıqlı əlaqələr həyata keçirilir. 2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyət Günləri uğurla keçirilib. 2020-ci ildə Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur”, - XİN qeyd edir. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət