Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev İranda Bakı ilə Tehran arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti çərşənbə axşamı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq (İranla - İF)”, - Əliyev qeyd edib.
Dövlət başçısı məlumat verib ki, hazırda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Iranda səfərdədir. “Baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq”, - Əliyev bəyan edib.
O cümlədən, prezident qeyd edib ki, son illərdə Azərbaycanla İran arasında əməkdaşlıq, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində “çox yaxşı nəticələr verib”. “Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir”, - prezident vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət