Ermənistan hər iki tərəfdən saxlanılan şəxsləri “hamının hamıya” prinsipi əsasında azad etməkdən imtina edir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir”, - Məmmədyarov cümə axşamı Bratislavada ATƏT-in Nazirlər Şurasının iclasında bildirib.
Azərbaycan XİN-in mətbuat xidməti E.Məmmədyarovun çıxışının mətnini dərc edib.
Onun sözlərinə görə, son bir ildə Ermənistan rəhbərliyi təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlər edib.
Nazir vurğulayıb ki, Ermənistan daima danışıqların formatını dəyişdirməyə cəhd edir. “ATƏT Şurasının 24 mart 1992-ci il tarixli Birinci Əlavə Yığıncağının Qərarı birmənalı şəkildə göstərir ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir. Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri bölgənin yerli Azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür”, - Məmmədyarov əlavə edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib.
Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri - Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verilib.
K.Kazaryan 2018-ci ilin iyul ayının ortalarında Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılıb. O, Azərbaycana qarşı cinayətlərdə ittiham olunur. İstintaq onun barəsində cinayət işini müvafiq məhkəmə instansiyasına göndərib.
A.Baqdasaryan 2014-cü ilin dekabr ayında təxribatçı həmlə zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum olunub.
Hazırda 3 azərbaycanlı Ermənistandadır. Xüsusilə, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Üçüncü azərbaycanlı Həsən Həsənov öldürülüb.
Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət