Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə bankın məlumatında deyilir.
Faiz dəhlizinin aşağı həddi 6%-dən 5,75%-ə, yuxarı həddi isə 9,5%-dən 9,25%-ə endirilib.
Qərar dekabrın 13-dən qüvvəyə minib.
Cari ildə AMB tərəfindən uçot dərəcəsi 8-ci dəfədir aşağı salınır.
Cari ildə AMB tərəfindən uçot dərəcəsi 8-ci dəfədir aşağı salınır. Fevralın 1-də uçot dərəcəsi 9,75%-dən 9,25%-ə, martın 15-də 9,25%-dən 9%-ə, aprelin 26-da 9%-dən 8,75%-ə, iyunun 7-də 8,75%-dən 8,5%-ə, iyulun 26-da 8,5%-dən 8,25%-ə, sentyabrın 13-də 8,25%-dən 8%-ə, oktyabrın 25-də 8%-dən 7,75%-ə endirilib.
“İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir”, - deyə məlumatda bildirilir.
Ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı məsələnin müzakirə olunacağı növbəti iclası 2020-ci il yanvar ayının 31-də keçiriləcək.
2018-ci ildə uçot dərəcəsi ardıcıl olaraq (4 mərhələdə - İF) 15%-dən 9,75%-dək azaldılıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət