Prezident İlham Əliyev gələn il Rusiya Federasiyası ilə uğurlu əməkdaşlığa əmindir.
“Bu gün biz əməkdaşlığımızın bir ilini bir növ rəsmən başa vururuq. Bu il çox səmərəli və məhsuldar olub. Mənim fikrimcə, bu il biz həm əvvəlki illərdə, həm də bu il nəzərdə tutduqlarımızın hamısına nail olmuşuq. Əlbəttə, bu il münasibətlərimizin davamlı inkişafı həm regional siyasətdə, həm də bütövlükdə çox mühüm amildir. Buna görə əminik ki, gələn il də uğurlu əməkdaşlıq edəcəyik, nəzərdə tutduğumuz planlar, başladığımız layihələr həyata keçiriləcək”, - deyə o, bu gün Bakıda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
İ.Əliyevin sözlərinə görə, rəmzi haldır ki, əməkdaşlığımızın bu ilini ölkələrimizi əlaqələndirən körpünün açılışı ilə başa vururuq. “Mən bunu çox əlamətdar hadisə hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı, hərçənd onu əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi. Buna görə yeni körpü biznes, qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, nəqliyyat dəhlizi üçün yeni qapılar deməkdir”, - deyə dövlət başçısı qeyd edib.
O vurğulayıb ki, gələn il də çox mühüm tədbirlər nəzərdə tutulur. “Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda Azərbaycan əsas qonaq kimi təmsil olunacaq. Bu, çox şərəfli missiyadır. Biz Rusiya tərəfinə minnətdarıq ki, belə bir fəxri qonaq qismində məhz bizim ölkəmiz seçilib. Bu tədbirə hazırlıq ən yaxın vaxtlarda başlanacaq”, - deyə İ.Əliyev əlavə edib.
Öz növbəsində, M.Oreşkin Azərbaycan prezidentini doğum günü münasibətilə təbrik edib.
“Biz hər dəfə Azərbaycana gəlməyə sevinirik. Həqiqətən indi bizim həyata keçirdiyimiz, məntiqi sonluğa çatdırdığımız layihələrin sayı get-gedə artır. Bu, çox yaxşı haldır. Ona görə ki, hər bir belə layihə ölkələrimizi daha da yaxınlaşdırır, iqtisadiyyatımız daha fəal artır, insanların rifahı yaxşılaşır. Buna görə biz bu məqsədlərə istiqamətlənmişik və bu yöndə işləyirik. Biz hər addımda yeni layihələr düşünüb tapmağa çalışırıq, onlar həqiqətən bizim irəliləməyimizə kömək edir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, indi Rusiya tərəfi azərbaycanlı həmkarları ilə maliyyə məsələsi ilə bağlı bir məqamı müzakirə edir. Baxarıq, ola bilsin bu istiqamətdə işləyəcəyik. Rusiyada “Mir” adlanan bir ödəmə sistemi var. Bizim türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında tətbiq edirlər. Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq”, - deyə M.Oreşkin əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət