Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair yeni saziş mütləq Azərbaycanın milli mənafelərinə uyğun olmalıdır, Avropa Komissiyasnın yeni rərhbərliyi ilə sənədlə bağlı müzakirələr davam etdiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş 1999-cu ildə qüvvəyə minmiş və son 20 il ərzində Azərbaycanda bir çox dəyişikliklər baş verib, Azərbaycan regionda və dünyada vacib geosiyasi oyunçulardan birinə çevrilib; ölkəmiz bir sıra dünya və regional səviyyəli əhəmiyyətli nəqliyyat, enerji, mədəni və siyasi layihələrin təşəbbüskarı və icraçısı olub”, - Məmmədyarov Aİ ilə strateji tərəfdaşlığa dair saziin imzalanmasını Azərbaycan kütləvi informasiya vasitələrinə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan hazırda böldəgə iqtisadi layihlərin həyata keçirilməsi üçün ən iri investorlardan birinə çevrilmiş və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-yə ən çox sərmaya qoymuş ölkəyə çevrilib “Ölkəmiz Avropanın iqtisadi böhran içində boğulduğu zaman “Cənubi Qaz Dəhlizi” layihəsi vasitəsilə yalnız Yunanıstanda beş min yeni iş yerinin yaranmasına dəstək vermiş, 15 mlrd. avro miqdarında Avropaya sərmaya qoymuşdur. 2020-ci ilin ilk yarısında Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “TAP” layihəsi vasitəsilə Avropaya ilk Azərbaycan qazının nəgl edilməsi nəzərdə tutulur. Bir sözlə, Azərbaycan Aİ ilə münasibətlərdə keyfiyyətcə yeni vəziyyət yaranıb”, - nazir qeyd edib.
Məmmədyarov vurğulayıb ki, məhz bu səbəblərə görə Azərbaycan Aİ ilə münasibətlərin inkişaf etidirilməsi və genişləndirilməsi üçün xüsusi, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yol seçmiş, “Strateji tərəfdaşlıg Saziş” layihəsi üzrə danışıqların aparılmasını təklif etdi.
Onun sözlərinə görə, siyasi və iqtisadi münasibətlər, tərəflər arasında əməkdaşlıq çərçivəsinin genişlənməsi, enerji sahəsində strateji səviyyədə tərəfdaşlığın həyata keçirilməsi, həmçinin artıq 9 Aİ üzv dövləti ilə strateji mahiyyətli sənədlərin imzalanması yeni və hərtərəfli sazişin işlənib hazırlanması ehtiyacını labüd etdi.
2017 cı ilin fevral ayından Azərbaycan tərəfi təqdim etdiyi layihəyə əsasən Aİ ilə yeni sənəd üzrə danışıqlara başlandı.
“3 ildən az müddət ərzində böyük həcmli layihə üzrə çoxsaylı danışıqlar raundu keçirilib, sənədin əksər hissəsi razılaşdırılıb. Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmayıblar. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir”, - Məmmədyarov bəyan edib.
Nazir bildirib ki, Azərbaycan tərəfi Avropa Komissiyasının yeni rəhbər heyəti ilə bu istiqamətdə işləməyə davam edəcək. “Azərbaycan keyfiyyətli sazişin tərəfdarıdır və onun ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir”, - o vurğulayıb.
Postsovet ölkələrinin Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur olması, bəs Azərbaycan barədə də eyni sözləri demək olarmı sualına cavabında Məmmədyarov deyib: “Azərbaycan seçim baxımından "ya-ya da" prinsipi əsasında düşünmür. Bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir. Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur və bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir”.
Dekabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair yeni sazişin bəndlərinin 90%-i razılaşma əsasında öz həllini tapıb.
Eyni zamanda, bildirib ki, tərəflər arasında əsas məqamlarla bağlı fikir ayrılıqları var. Onun sözlərinə görə, birinci əsas məsələ ticarətlə bağlıdır. “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır”, - prezident qeyd edib.
İ.Əliyev bildirib ki, digər vacib məsələ energetika sektoru ilə bağlıdır. “Sazişdə təklif olunan məsələlərin biri də enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır”, - prezident vurğulayıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət