31 dekabr 2019-cu il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 985,152 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 19,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 331,403 mln. manata (2019-cu ildə artım 15,9% - İF) bərabərdir.
Aktivlərin strukturunda ASB-nin banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitləri xüsusi çəkiyə malikdir, onların həcmi 543,274 mln. manat (artım 17,8%) təşkil edir.
31 dekabr 2019-cu il tarixinə bankın öhdəlikləri 885,499 mln. manat (artım 21,2%) təşkil edib.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 715,127 mln. manata (artım 28,1%) bərabərdir.
Dekabrın 31-nə bankın kapitalı 99 mln. 652,34 min manat (artım 8,3%), nizamnamə kapitalı 60 mln. manat (dəyişməyib) təşkil edir.
2019-cu ildə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 7 mln. 688,71 min manat (2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 94,9% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət