2019-cu ildə əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 3,1% - 8 milyard 637,9 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Eyni zamanda, dekabrda əhalinin bank əmanətləri noyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,5% və ya 43,6 milyon manat azalıb.
Hesabat ilində əhalinin xarici valyutada əmanətləri 13,9% - 4 milyard 505,2 milyon manatadək və ya bütün əmanətlərin 52,2%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).
2019-cu ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 31,5% - 4 milyard 132,7 milyon manatadək (bütün əmanətlərin 47,8%-i) artıb.
31 dekabr 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 203,7 milyon manat, qeyri-rezidentlərin – 434,2 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 7,8% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 43,2% azalıb.
2020-ci il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 746 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 13,1% çoxdur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət