2019-cu ilin yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri $43,3 milyard təşkil edib, bu da 2018-ci il dekabrın 31-nə olan göstəricidən 12,5% çoxdur. Bunu Fondun icraçı direktoru İsrafil Məmmədov deyib.
“Aktivlərin artımı neft gəlirlərinin proqnoza nisbətdə yüksək olması, o cümlədən vəsaitlərin idarə edilməsindən qazanılan gəlirlər hesabına olub. 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində xam neftin orta illik ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdu. Beynəlxalq bazarlarda isə neftin qiyməti bu göstərici ilə müqayisədə yüksək olub və ortaçəkili satış qiyməti 64 dollar təşkil edib. Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb”, - Məmmədov rəsmi mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə ARDNF-in büdcə gəlirləri 19 milyard manat, büdcə xərcləri isə 11,6 milyard manat olub. Gəlirlərin strukturunda 15,4 milyard manatını neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlər təşkil edib ki, buraya mənfəət nefti və qazının satışı - 14,6 milyard manat, bonus ödənişləri - 766,4 milyon manat, akrhesabı ödənişlər - 4,7 milyon manat, tranzit gəlirləri - 18,9 milyon manat daxildir.
“Fondun vəsaitlərinin idarə edilməsindən isə 3,6 milyard manat əldə olunub ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir. Bununla da investisiya portfelinin ümumi illik gəlirliliyi 5,3% olub”, - Məmmədov bildirib.
O, həmçinin məlumat verib ki, 2019-cu ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.
“2019-cu il ərzində Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert -11,4 milyard manat, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması - 200 milyon manat, ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri - 24,3 milyon manat olub”, - Məmmədov məlumat verib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət