Azərbaycan Mərkəzi Bankı valyuta bazarında əməliyyatlar üzərində nəzarəti sərtləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan”a maliyyə bazarındakı mənbə məlumat verib.
“2016-cı ilin səhvləri tənzimləyici tərəfindən nəzərə alınıb. Bu gün AMB valyuta bazarında vəziyyətə sərt şəkildə nəzarət edir. Xüsusilə, bu günə AMB hüquqi şəxslərə aktivlərini dollara çevriməyə imkan vermir. Yalnız əməliyyatlar dollar ilə nəzərdə tutulan müqavilələr istisna təşkil edir. Bu zaman sahibkarlar müvafiq sənədlər təqdim etməlidirlər. Bunun düzgün qərar olduğunu hesab edirəm”, - agentliyin həmsöhbəti bildirib.
Fiziki şəxslərə xarici valyuta satışına toxunan mənbə qeyd edib ki, burada da AMB alverçiləri kənarlaşdırmağa çalışaraq, müəyyən məhdudiyytlər tətbiq edib. “Xüsusilə, fiziki şəxslər sadəcə anketi doldurmaqla xüsusi məhdudiyyətsiz 20 min manat məbləğində xarici valyuta əldə edə bilərlər. 20 min manatdan artıq məbləğində dolların alışı zamanı gəlir mənbəyini təqdim etmək lazımdır”, - o əlavə edib.
Agentliyin həmsöhbətinin rəyinə görə, bütövlükdə valyuta bazarında vəziyyət neft bazarında qiymətlərin bərpa olunmasından asılı olacaq.
“Ümumilikdə, əgər neftin qiyməti bir barrel üçün $40 səviyyəsində stabilləşərsə, bu, Azərbaycanda devalvasiya riskindən yayınmağa imkan yaradacaq”, - mənbə hesab edir.
Öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında gərginlik hiss olunur. “Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib”, - Rüstəmov vurğulayıb.
Elman Rüstəmov qeyd edib ki, martın 10-11-də keçirilən hərraclarda bazarın bütün tələbatı tam şəkildə ödənilib. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər.
Martın 10-12-də AMB valyuta hərraclarında banklara $699 milyon məbləğində xarici valyuta satıb. **
Ə.Məmmədov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət