“Unibank” 2020-ci ilin birinci rübündə aktivlərini 4% - 755,946 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2020-ci il tarixinə bankın kredit portfeli 520,507 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,6% - İF) təşkil edib. Həmçinin, 272,561 milyon manat istehlak kreditləri (azalma 6,1%), 190,044 milyon manat biznes kreditlərinin payına düşüb (artım 12,4%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 659,767 milyon manata (azalma 5,3%), müştəri hesabları 486,768 milyon manata (azalma 8,3%), həmçinin əhalinin əmanətləri 383,67 milyon manata bərabərdir (azalma 8%).
1 aprel 2020-ci il tarixinə “Unibank”ın kapitalı 94,178 milyon manat (artım 6,6%), nizamnamə kapitalı 125 milyon 686,3 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti bir il öncə 8 milyon 54,4 min manat zərərə qarşı 6 milyon 321,61 min manat təşkil edib.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) onun səhmdarlarından biridir (9%).**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət