Hazırda Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə 7 “yol xəritəsi”nin reallaşdırılması üzərində işləyir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Biz yeddi yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar, həyat fəaliyyətinin vacib sahələrini əhatə edən çox konkret layihələrdir. Hər istiqamət üzrə dəqiq plan və müddət, yol xəritələrinin reallaşdırılması üçün preizdentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini möhkəmləndirəcək, ticarət dövriyyəsini, qarşılıqlı sərmayələri artıracaq. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının yaxşılaşmasına gətirəcək”, - İlham Əliyev “Mir” dövlətlərarası teleradioşirkətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri “çox əlverişlidir”, çünki artıq əlverişli təməl qurulub.
“Rusiya-Azərbaycan münasibətləri hər iki tərəfdən strateji tətəfdaşlıq kimi xarakterizə olunur. Bu həqiqətən də belədir. Münasibətlərimizin geniş gündəminə nəzər salsaq, həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini görmüş olarıq. Bizim çox fəal siyasi qarşılıqlı əlaqələrimiz var, dövlət başçıları səviyyısində çox sayda görüşlərimiz var, bu görüşlər müntəzəm qaydada keçirilir”, - Əliyev qeyd edib.
Azərbaycan prezidenti vurğulayıb ki, son illər iqtisadi mənada qarşılıqlı ticarət dövriyyəsinin artımı müşahidə olunur, bu da iqtisadi əməkdaşlığın aktivləşməsindən xəbər verir. “Ryusiya kapitalı ilə yüzlərlə şirkət Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərirlər. Bizim nəqliyyat sahəsində çox səmərəli əməkdaşlığımız var. “Şimal-Cənub” vacib beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhliz ilə əlaqədar bütün infrastruktur layihələri həyata keçirilib. Biz hazırda yük axınını artırmaq və bununla da qonşu ölkələr üçün əlverişli şərait yaratmaq və tranzit potensialını möhkəmləndirmək məqsədilə nəqliyyat-logistika istiqamətləri ilə əlaqəli məsələr üzərində çalışırıq”, - o əlavə edib.
Əliyev energetika sahəsində ikitərəfli layihələrin sayının çoxluğunu qeyd edib. “Rusiya və Azərbaycan enerji sistemlərinin birliyini qeyd etməliyəm. Azərbaycan və ya Rusiyada qəza baş verdiyi zaman biz dərhal biri-birimizə kömək edirik və həmrəylik nümyiş etdiririk. Buna görə, perspektivlər barədə söz açarkən, düşünürəm ki, əldə edilən nəticəyə istiqamətlənəcəyik və gələcəkdə qeyd etdiyim və bu gün yeni istiqamətlər üzrə işləyəcəyik”, - Azərbaycan prezident bildirib.
Eyni zamanda, o təəssüflə qeyd edib ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Rusiyadan Azərbaycana turist axınında böyük azalma olacaq. “Bu il turist sahəsində böyük azalmanın olacağı faktı, əlbəttə ki, təəssüf doğurur. Ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya səfər edirdilər, həm Rusiya vətəndaşları Azərbaycana səfərə gəlirdilər. Turist axınının artımı hər zaman yaxşı rəqəmlər nümayiş etdirirdi. Lakin pandemiya nəzərə alınaraq ölkələrimizin sərhədləri qarşılıqlı razılığa əsasən bağlıdır, buna görə, yəgin ki, turizm axını və turizm sahəsi karantin rejimindən çıxacaq son sahələrdən biri olacaq”, - Əliyev əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət