Ermənistan yeni mövqelər ələ keçirmək və torpaqlar işğal etmək üçün işğalçılıq siyasətini davam etdirməyə çalışır. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlıdeyib.
"Proses göstərdi ki, Ermənistan heç şübhəsiz, öz işğalçılıq siyasətini davam etdirməyə çalışır. Onlar yeni torpaqlar işğal etmək və hər hansı mövqelər ələ keçirmək istəyirlər", - deyə o bildirib.
Dərgahlının sözlərinə görə, Azərbaycan Ordusunun döyüş hazırlığı, mənəvi-psixoloji ruhu və sərhəddə yerləşən bölmələrimizin hazırlığı düşmənin bu cəhdlərinin qarşısını qəti surətdə alıb.
“Sərəncamımızda olan silah-sursat düşmənin yerində saxlanılmasına və onun itki verərək geri otuzdurulmasına şərait yaratdı”, - deyə o əlavə edib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Tovuz istiqamətində döyüşlər iyulun 13-ü və 14-ü də davam edib. İyulun 15-də sərhəddə nisbi sakitlik hökm sürüb.
Lakin iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Eyni zamanda, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.
İyulun 12-dən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə açdığı atəş nəticəsində bir dinc sakin həlak olub.
İyulun 12-dən düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və 100-ə yaxın canlı qüvvəsi məhv edilib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət