«AccessBank» 2020-ci ilin yanvar-iyun aylarında aktivlərini 5,2% - 851,162 milyon manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun tarixinə bankın kredit portfeli 535,305 milyon manat (azalma 12,4%) təşkil edib, 476,687 milyon manat (azalma 12,4%) biznes kreditlərinin, 51,137 milyon manat (azalma 15,5%) istehlak kreditlərinin payına düşüb.
Hesabat dövrünün sonuna “AccessBank”ın öhdəlikləri 756,174 milyon manat (azalma 5,9%) təşkil edib. Bankın depozit portfeli 558,288 milyon manat (azalma 15,5%) məbləğində qiymətləndirilir. Fiziki şəxslərin əmanətləri 471,556 milyon manat (azalma 14,9%), hüquqi şəxslərin depozitləri 86,732 milyon manat (azalma 18,6%) təşkil edib.
I yarımilliyin sonuna bankın kapitalı 94,988 milyon manat (artım 0,7%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməyib) məbləğində olub.
Bank hesabat dövrünü 2019-cu ilin I yarısının yekunları üzrə 86,53 milyon manat məbləğində xalis zərərə qarşı 1,53 milyon manat məbləğində xalis mənfəətlə başa vurub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%),Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət