İyulun 28-də xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.
“Nazir C.Bayramov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib. Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqisi üçün yeni imkanların açılması baxımından önəmli olduğu qeyd edilib”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında bildirilir.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın inkişafından razılıq ifadə ediblər.
“Söhbət əsnasında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan–Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədəki cari vəziyyət, eləcə də xarici ölkələrdə radikal erməni qüvvələrinin dinc azərbaycanlı nümayişçilərə və diplomatik nümayəndəliklərə qarşı nümayiş etdirdiyi aqressiv davranış barədə müzakirə aparılıb”, - deyə məlumatda vurğulanır.
C.Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribatı və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb.
“XİN başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqların aparılmasının vacibliyini vurğulayıb, eyni zamanda, bu danışıqların real və mahiyyət üzrə aparılmasının vacibliyini qeyd edib. Həmsədr İqor Popov ilə telefon söhbətinə istinad edən nazir Ceyhun Bayramov Azərbaycanın danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak etmədiyini və ölkəmizin nəticəyə yönəlik danışıqlar tələb etdiyini bildirib”, - deyə XİN-in məlumatında qeyd olunur.
M.Boçarnikov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin hər zaman ölkəsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib.
“Görüş zamanı tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət