Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında birbaşa əlaqə kanalının olmadığını bildirib.
“İlk növbədə, bu məsələyə aydınlıq gətirmək lazımdır. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında belə bir əlaqə kanalı yoxdur. İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən bir rabitə kanalı var. Təcrübə göstərdi ki, Ermənistanla əlaqəli amillər, xüsusən də İrəvanda daimi kadr sıçrayışı nəticəsində bu rabitə kanalı praktiki olaraq təsirsizdir. Əslində əlaqə saxlayacaq heç kim yoxdur. Bu, bir daha erməni tərəfinin hərəkətlərində səmimi olmadığını sübut edir”, - deyə H.Hacıyev Rusiyanın "Nasionalnaya oborona" jurnalına müsahibəsində bildirib.
O, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi şərh edərək qeyd edib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və hədəfi yoxdur. Demilitarizasiya məqsədi ilə Ermənistanla sərhədin bu hissəsinin qorunması Azərbaycanın sərhəd qoşunlarına tapşırılıb. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına cavab vermir. Əksinə, bu sektorda gərginlik ocağının yaranması Ermənistanın maraqlarına uyğundur.
H.Hacıyev vurğulayıb ki, Ermənistan silahlı qüvvələri iyulun 12-də artilleriyalarından istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə hücum etdilər. Bu hücum cavab atəşi ilə dəf edildi. Bu cür təxribatlarla rəsmi İrəvan Azərbaycanın guya Ermənistan ərazisinə hücumlar etdiyi və üzvü olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə bağlı rəy yaratmağa çalışır. Bundan əlavə, Ermənistanın hədəfləri arasında neft və qaz boru kəmərləri, "Şərq-Qərb" kimi strateji beynəlxalq layihələrə təhlükə yaratmaq var idi. Əminliklə deyə bilərik ki, Ermənistan məqsədlərinə çatmadı və təxribatı tam fiaskoya çevrildi.
"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar bu münaqişənin, Ermənistan tərəfindən silahlı təcavüzün və Azərbaycan ərazilərinin 20%-nin işğal olunmasının nəticəsidir. Destruktiv siyasət, o cümlədən təmas xəttində və dövlət sərhədində daim təxribatların törədilməsi Ermənistanın münaqişənin həllində maraqlı olmadığını və onun status-kvonu uzatmaq cəhdini nümayiş etdirir", - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik həllinə sadiq qalır. “Ancaq danışıqlar naminə danışıqlar qəbul edilmir. Münaqişənin həlli üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələlərinin müzakirəsi məqsədi ilə ATƏT-in Minsk Qrupu çərçivəsində əsaslı danışıqlar tələb olunur. Azərbaycan Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ona bitişik rayonlardan çıxarılmasını və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə qaytarılmasını tələb edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət təcavüzkar bir ölkə kimi Ermənistana beynəlxalq səviyyədə tanınan sərhədləri güc tətbiq etməklə dəyişdirməyin yolverilməz olduğuna dair açıq siqnal verməlidir”, - deyə Prezidentin köməkçisi əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət