Azərbaycan 2020-ci ildə 1 949 ədəd minik avtomobili istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu illə müqayisədə avtomobil istehsalı 17,4% azalıb.
Azalma koronavirus pandemiyası səbəbindən 2020-ci ilin aprel ayından etibarən istehsalın dayandırılması və yalnız iyun ayında bərpa olunması ilə izah olunur.
Dekabrda 307 ədəd avtomobil istehsal edilib.
1 yanvar 2021-ci il tarixinə anbarlarda 199 ədəd minik avtomobili var.
2020-ci ildə COVİD-19-a görə traktor istehsalı azalıb. Bütövlükdə, 2020-ci ildə Azərbaycanda cəmi 300 ədəd traktor (2019-cu illə müqayisədə azalma 66,9%) istehsal edilib. 2021-ci il yanvarın 1-nə anbarlarda 99 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2019-cu ildə Azərbaycanda 2,36 min ədəd avtomobil istehsal olunub ki, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. 2019-cu ildə respublikada 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal edilib.
Azərbaycanda COVİD-19-a görə 2021-ci aprelin 1-dək xüsusi karantin rejimi qüvvədədir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət