Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib.
“Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir. Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir”, - təbrik məktubunda deyilir.
Həmçinin, Əliyev dövlətlərarası münasibətlərinin inkişafında Ərdoğanın misilsiz rolunu və bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığın, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqe və fəaliyyətin bundan sonra da iki ölkənin tərəqqisinə və xalqların rifahına xidmət edəcəyinə əminlik ifadə edib.
“Çoxşaxəli ikitərəfli əlaqələrimizin və strateji müttəfiqliyimizin daha da möhkəmləndirilməsi yolunda qətiyyətiniz, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyiniz xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm”, - məktubda bildirilir. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət