2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalaraq 6 milyard 924,9 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Operativ məlumatlara əsasən, yanvar-martda elektrik enerjisinin istehsalı İES-lərdə 6 milyard 604 milyon kVt·st (azalma 0,9%), SES-lərdə 236,09 milyon kVt·st (artım 7,1%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
2021-ci ilin birinci rübündə alternativ mənbələr üzrə elektrik enerjisinin istehsalı 84,9 milyon kVt·st (azalma 5,2%) olub. Xüsusilə, külək elektrik stansiyalarında 22,56 milyon kVt·st, günəş elektrik stansiyalarında 9,2 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 53,14 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 257,2 milyon kVt·st (Azərbaycanda elektrik enerjisi istehsalının 90,4%-i), Naxçıvan MR-in enerji obyektləri üzrə 81,64 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 569,8 milyon kVt·st, “Azərişıq” ASC-nin külək stansiyası üzrə 16,24 milyon kVt·st təşkil edib.
Yanvar-mart aylarında elektrik enerjisinin ixracı 509 milyon kVt·st (artım 5,4%) təşkil edib. Həmçinin, İrana elektrik enerjisi ixracı 8,3 milyon kVt·st, Türkiyəyə - 12,7 milyon kVt·st, Rusiyaya – 23,1 milyon kVt·st, Gürcüstana – 469,9 milyon kVt·st təşkil edib.
Hesabat dövründə Azərbaycana elektrik enerjisi idxalı 32,1 milyon kVt·saatı ötüb (artım 18,9%). İdxalın strukturunda 8,2 milyon kVt·st İranın, 15,3 milyon kVt·st - Rusiyanın, 8,6 milyon kVt·st – Gürcüstanın payına düşüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət