2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 248 milyon 988,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 155 milyon 648 min manat (azalma 3%) və ya bazar üzrə bütün sığorta haqlarının 62,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 53 milyon 901,8 min manat (azalma 4,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 101 milyon 746,2 min manat (azalma 2,2%) təşkil edib.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə sığorta haqları 93 milyon 340,7 min manat (artım 16,3%) təşkil edib.
Hesabat aylarında sığortaçılar tibbi sığorta (62 milyon 45,6 min manat), həyatın yaşam sığortası (45 milyon 488,4 min manat) və daşınmaz əmlakın icbari sığortası (23 milyon 841,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-mart aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 52,8%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 145 milyon 344,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 88,5% çoxdur.
Yanvar-mart aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 104 milyon 330 min manat (artım 81,5%) və ya bazar üzrə bütün ödənişlərin 71,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 83 milyon 126,1 min manat (artım 2,3 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 21 milyon 203,9 min manat (azalma 3,7%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 41 milyon 14,7 min manat (artım 2,1 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (82 milyon 117,5 min manat), könüllü tibbi sığorta (17 milyon 33,9 min manat) və AVSMMİS (14 milyon 790,5 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çox olub.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 78,4%-ni təmin edib.
Mart ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət