Rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində təxribatlarını yolverilməz hesab edir, fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırır. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edirik”, - deyə açıqlamada bildirilir.
Rəsmi Bakı Ermənistanı beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, sərhəd məsələsində gərginliyi əsassız şəkildə artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırır.
Ermənistan tərəfinin dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin bölgədə vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.
“Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət