ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-2022-ci illər üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 0,01 milyon barel azaldıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı may ayına olan 0,74 milyon barel göstəriciyə qarşı 0,73 milyon barel səviyyəsində proqnozlaşdırılır.
Həmçinin, EIA-nın məlumatına görə, cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatı 0,74 milyon barel, II rübdə 0,71 milyon barel həcmində (may proqnozu – 0,72 milyon barel), III rübdə 0,71 milyon barel (may proqnozu – 0,73 milyon barel), IV rübdə 0,75 milyon barel (may proqnozu - 0,77 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA Azərbaycanda 2022-ci ildə neft hasilatı həcminin 0,78 milyon barel təşkil edəcəyini gözləyir (may proqnozu – 0,79 milyon barel).
Bununla yanaşı, EIA gələn ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatının 0,77milyon barel (may proqnozu - 0,79 milyon barel), II rübdə 0,79 milyon barel (may proqnozu – 0,8 milyon barel), III rübdə 0,76 milyon barel (may proqnozu – 0,77 milyon barel), IV rüblərdə 0,79 milyon barel (may proqnozu – 0,8 milyon barel) səviyyəsində proqnozlaşdırır.
EIA-nın dəqiqləşdirilmiş məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,7 milyon barel təşkil edib.
Azərbaycan yeni neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin iştirakçılarından biridir. Sazişin şərtlərinə əsasən, 2021-ci ilin aprel-may aylarında Azərbaycanda neft hasilatı (kondensat nəzərə alınmadan) 595 min bareli ötməməlidir.
2021-ci il 1 aprel tarixli OPECvəOPEC+nazirlərinin 15-ciiclasının qərarı ilə ay ayında Azərbaycanda gündəlik neft hasilatı 603 min barel, iyunda – 610 min barel, iyulda – 620 min barel səviyyəsində qalmaılıdır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət