Moskva bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlərdən narahatdır və tərəfləri vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır. Bu barədə bu gün RF Xarici İşlər Nazirliyindən bildirilib.
“Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində insan itkisinə səbəb olmuş silahlı insidentlərdən ciddi narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir, xəsarət alanlara və yaralananlara şəfa diləyirik”, - deyə RF XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantovun qurumun saytında dərc olunmuş şərhində bildirilir.
“Təəssüf ki, sərhəddə vəziyyət gərgin olaraq qalır. Tərəfləri vəziyyətin daha da deqradasiyasına səbəb ola biləcək istənilən hərəkətlərdən çəkinməyə, ortaya çıxan bütün məsələləri siyasi və diplomatik yolla həll etməyə çağırırıq”, - deyə Bikantov vurğulayıb.
“Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşdırılması və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə işin tezliklə başlaması üçün bundan sonra da hər cür yardım göstərməyə hazırdır”, - deyə şərhdə qeyd olunur.
Bikantov əlavə edib: “Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq Zaqafqaziyanın sabitlik, təhlükəsizlik və tərəqqi zonasına çevrilməsi üzərində fəal işləmək niyyətindəyik”.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət