2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 528 milyon 257,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,7% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 364 milyon 792,1 min manat (artım 12,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 69,1%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 193 milyon 743,1 min manat (artım 21,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 171 milyon 49 min manat (artım 2,7%) təşkil edib.
Yanvar-iyul aylarında icbari sığorta növləri üzrə sığorta haqları 163 milyon 465,4 min manat (artım 11%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (170 milyon 81,1 min manat), könüllü tibbi sığorta (72 milyon 907,5 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (56 milyon 557,6 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-iyul aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 56,7%-ni təmin edib.
7 ay ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 301 milyon 178,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 32,6% çoxdur.
Yanvar-iyul aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 228 milyon 183,8 min manat (artım 21,4%) və ya bazar üzrə bütün ödənişlərin 75,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 176 milyon 909,5 min manat (artım 29%), qeyri-həyat sığortası üzrə ödənişlər 51 milyon 274,3 min manat (artım 0,8%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 72 milyon 994,9 min manat (artım 86,6%) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (174 milyon 848,8 min manat), könüllü tibbi sığorta (37 milyon 807,2 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (38 milyon 422,3 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 83,4%-ni təmin edib.
İyul ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət